YAP nümayəndə heyəti AKP sədrinin müavini ilə görüşüb

YAP nümayəndə heyəti AKP sədrinin müavini ilə görüşüb “Dünyada Azərbaycan və Türkiyə kimi bir-birinə yaxın olan digər iki ölkə yoxdur”.
Xarici siyasət
7 Dekabr , 2021 14:07
YAP nümayəndə heyəti AKP sədrinin müavini ilə görüşüb

“Dünyada Azərbaycan və Türkiyə kimi bir-birinə yaxın olan digər iki ölkə yoxdur”.

“Report”un xəbərinə görə, bunu hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov dekabrın 7-də İstanbulda Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin birinci müavini Numan Kurtulmuşla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

“Bu, tarixi, siyasi və mənəvi həqiqətdir. Bizi bir birimizə yaxınlaşdıran təkcə güclü strateji əməkdaşlqı münasibətləri deyil, eyni zamanda dostluq və qardaşlıq əlaqəsidir. Vətən müharibəsi zamanı qardaş Türkiyənin haqq mübarizəsi aparan Azərbaycana qətiyyətli mənəvi-siyasi dəstək nümayiş etdirməsi münasibətlərimizin zirvə nöqtəsidir. 44 günlük Vətən müharibəsində qardaş ölkənin ictimaiyyəti də Azərbaycana dəstəyini nümayiş etdirdi ”, - o vurğulayıb.

Bundan başqa, T.Budaqovla Numan Kurtulmuş arasında görüş olub. Görüş zamanı iki qardaş ölkənin hakim partiyaları arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində işlərin davamlılığı, növbəti perspektiv planlar müzakirə olunub.

Qeyd edək ki, Tahir Budaqovun rəhbərlik etdiyi YAP nümayəndə heyəti Türkiyədə səfərdədir.

Son xəbərlər

Orphus sistemi