Yuxarı

YAP icra katibi ABŞ səfiri ilə parlament seçkilərini müzakirə edib

Üst-üstə düşən maraqlar iki ölkə arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcək

Bakı. 26 avqust. REPORT.AZ/ Yeni Azərbaycan Partiyasının sədr müavini – İcra katibi, baş nazirin müavini Əli Əhmədov ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı qəbul edib.

"Report" xəbər verir ki, partiyanın mənzil qərargahında keçirilən görüşdə Azərbaycanla ABŞ arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, üst-üstə düşən maraqlar iki ölkə arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcək.

Görüşdə, həmçinin qarşıdan gələn parlament seçkilərinə hazırlıqla əlaqədar həyata keçirilən tədbirlər müzakirə olunub. 

Görüşdə ABŞ səfirliyinin siyasət şöbəsinin müdiri Ziya Sayed və siyasi məsələlər üzrə müşavir Syusan Çesli iştirak edib.     

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi