Yan Zahradil: "Avropa Şurasında Azərbaycanla bağlı qərəzli qərarların qəbuluna son qoyulmalıdır"

Yan Zahradil: "Avropa Şurasında Azərbaycanla bağlı qərəzli qərarların qəbuluna son qoyulmalıdır" Bakı. 9 iyun. REPORT.AZ/ Bu il Azərbayanla Avropa arasında münasibətlər fərqli olacaq.
Xarici siyasət
9 İyun , 2018 09:47
Yan Zahradil: Avropa Şurasında Azərbaycanla bağlı qərəzli qərarların qəbuluna son qoyulmalıdır
Yan Zahradil/Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti / Report/Firi Salim

Bakı. 9 iyun. REPORT.AZ/ "Bu il Azərbayanla Avropa arasında münasibətlər fərqli olacaq".

"Report" xəbər verir ki, bunu Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti Yan Zahradil deyib.

Onun sözlərinə görə, Azərbaycan vacib və unikal dövlətdir: "Ona görə də bu dövlət öz layiqli yerini tutmalıdır. Təəssüf ki, Avropa Şurasında Azərbaycanla bağlı birtərəfli və qərəzli qərarlar qəbul olunub, buna son qoymaq lazımdır".

Yan Zahradil bildirib ki, sabitlik olmadan uğur qazanmaq mümkün deyil: "Çox şadıq ki, Alyansımız da Azərbayanla sıx əməkdaşlıq edir. Ancaq bununla belə hesab edirik ki, müxtəlif sahələrdə əməkdaşlıq gücləndirilməlidir. Hər zaman Azərbaycanın yanındayıq və reallığı qəbul edirik. Azərbaycan alov ölkəsidir. Elə jurnalın da tədbirə həsr olunmuş xüsusi sayında alovlu şir simvolu təsvir edilib. Mənə təklif edildi ki, sammit mütəmadi keçirilsin. Bunu nəzərdən keçirmək olar". 

Son xəbərlər

Orphus sistemi