Xüsusi təyyarə ilə 159 Pakistan vətəndaşı ölkəsinə yola salınıb

Xüsusi təyyarə ilə 159 Pakistan vətəndaşı ölkəsinə yola salınıb
Xarici siyasət
211
30 İyun , 2020 17:19
Xüsusi təyyarə ilə 159 Pakistan vətəndaşı ölkəsinə yola salınıb

Bu gün Bakıdan İslamabada xüsusi təyyarə ilə 159 Pakistan vətəndaşı yola salınıb.

“Report”a həmin ölkənin səfirliyindən verilən xəbərə görə, həmin şəxslərin əksəriyyəti ölkəmizə qısamüddətli viza ilə gəlmiş, karantinlə bağlı beynəlxalq uçuşlar dayandırıldığı üçün vətənə qayıda bilməmiş iş adamları və turistlərdir.

“Xoşməramlı addım olaraq elə həmin təyyarə ilə Pakistanda olan 12 Azərbaycan vətəndaşı da geri qaytarıldı. Biz əməkdaşlığa, dəstəyə görə, habelə vətəndaşlarımızı maneəsiz geri qaytardıqlarına görə Azərbaycan hökumətinə minnətdarıq”, - deyə səfirlikdən qeyd ediblər.