Xüsusi Dövlət Mühafizə Xidmətinin nümayəndəsi Pakistanda səfərdə olub

Xüsusi Dövlət Mühafizə Xidmətinin nümayəndəsi Pakistanda səfərdə olub Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) rəhbərliyinin təşəbbüsü ilə xidmətin Diplomatik Nümayəndəliklərinin Mühafizə İdarəsinin rəisi Ceyhun Qəmərli Pakistanda səfərdə olub.
Xarici siyasət
487
27 İyul , 2019 17:00
Xüsusi Dövlət Mühafizə Xidmətinin nümayəndəsi Pakistanda səfərdə olub

Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) rəhbərliyinin təşəbbüsü ilə xidmətin Diplomatik Nümayəndəliklərinin Mühafizə İdarəsinin rəisi Ceyhun Qəmərli Pakistanda səfərdə olub.

XDMX-dən "Report"a bildirilib ki, o, İslamabad şəhər polis idarəsinin rəisi general Amir Zülfüqar və Sərhəd Hərbi polisinin İslamabad region rəhbəri Muhammad İmran Sethi ilə görüşlər keçirib.

Görüşdə ölkələr arasında münasibətlərin yüksək səviyyədə olması vurğulanıb və hazırda Azərbaycan və Pakistan hüquq mühafizə və güc strukturları arasında yüksək əməkdakdaşlıq münasibətlərinin olduğu qeyd edilib. 

Eyni zamanda XDMX və Pakistanın anoloji qurumları arasında işgüzar münasibətlərin yaradılmasının zəruriliyi diqqətə çatdırılıb. 

Görüşlərin sonunda XDMX rəisi adından İslamabad şəhər polis rəisi Amir Zülfiqar və Sərhəd Hərbi polisinin komandanı Muazzam Şah Ansariyə hədiyyələr və xatirə plaketləri təqdim olunub.

Son xəbərlər

Orphus sistemi