Xorvatiyanın XİN başçısı göstərilən yardımlara görə Azərbaycana təşəkkür edib

Xorvatiyanın XİN başçısı göstərilən yardımlara görə Azərbaycana təşəkkür edib "Xorvatiya ilə Azərbaycan arasında gözəl münasibətlər var və əməkdaşlıq imkanları çox genişdir".
Xarici siyasət
106
20 Oktyabr , 2021 14:07
Xorvatiyanın XİN başçısı göstərilən yardımlara görə Azərbaycana təşəkkür edib
0 : 00
0 : 00

"Xorvatiya ilə Azərbaycan arasında gözəl münasibətlər var və əməkdaşlıq imkanları çox genişdir".

“Report” xəbər verir ki, bunu Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radman xarici işlər naziri Ceyhun Bayramov ilə keçirilən birgə mətbuat konfransında deyib.

O, koronavirusa qarşı mübarizədə və Xorvatiyada baş vermiş zəlzələ zamanı göstərilən yardımlara görə Azərbaycana təşəkkür edib.

Xorvatiyalı nazir Azərbaycana İKT və digər sahələrdə faydalı əməkdaşlıq təklif edəcəklərini bildirib: “Biz Xorvatiya şirkətlərinin Azərbaycanda, Azərbaycan şirkətlərinin də Xorvatiyada çalışmasında maraqlıyıq”.

Son xəbərlər

Orphus sistemi