Xorvatiya səfirliyi: “Azərbaycan səfirliyinə silahlı hücum bizi şoka salıb”

Xorvatiya səfirliyi: “Azərbaycan səfirliyinə silahlı hücum bizi şoka salıb” Xorvatiyanın Azərbaycandakı səfirliyi Azərbaycanın İrandakı səfirliyində baş vermiş terror aktı ilə bağlı başsağlığı verib.
Xarici siyasət
27 Yanvar , 2023 18:02
Xorvatiya səfirliyi: “Azərbaycan səfirliyinə silahlı hücum bizi şoka salıb”

Xorvatiyanın Azərbaycandakı səfirliyi Azərbaycanın İrandakı səfirliyində baş vermiş terror aktı ilə bağlı başsağlığı verib.

"Report" xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin feysbuk səhifəsində məlumat verilib.

“Bu gün Azərbaycanın İrandakı səfirliyinə insan tələfatı ilə nəticələnən silahlı hücum bizi şoka salıb. Həyatını itirən şəxsin ailəsinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzu edirik”, - səfirliyin paylaşımında qeyd edilib.

Son xəbərlər

Orphus sistemi