Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycandan olan nümayəndə heyəti XIX Ümumdünya Gənclər və Tələbələr Festivalında iştirak etmək üçün Rusiyanın Soçi şəhərinə yola düşəcək.
Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzindən (RİMM) "Report"a verilən məlumata görə, festival oktyabrın 14-22-də keçiriləcək.
Bir həftə ərzində Soçi Olimpiya Parkında geniş müzakirələr və mədəni-idman proqramları keçiriləcək.
Festivalda dünyanın 150-dən çox ölkəsindən nümayəndə heyəti iştirak edəcək.