XİN: “Cinayətkarların cəzasızlığına son qoyulması və regionda sülh üçün ədalət zəfər çalmalıdır”

XİN: “Cinayətkarların cəzasızlığına son qoyulması və regionda sülh üçün ədalət zəfər çalmalıdır” XİN Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Xarici siyasət
25 Fevral , 2023 23:24
XİN: “Cinayətkarların cəzasızlığına son qoyulması və regionda sülh üçün ədalət zəfər çalmalıdır”

"Cinayətkarların cəzasızlığına son qoyulması və regionda davamlı sülhün bərqərar olması üçün ədalət zəfər çalmalıdır".

“Report” xəbər verir ki, bu fikir Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı tviter hesabındakı paylaşımında yer alıb.

“Ermənistanın təcavüzü zamanı Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan Xocalı soyqırımının 31-ci ildönümündə həlak olanların xatirəsini dərin hüznlə yad edirik. Cinayətkarların cəzasızlığına son qoyulması və regionda davamlı sülhün bərqərar olması üçün ədalət zəfər çalmalıdır”, - XİN-in paylaşımında qeyd edilir.

Qeyd edək ki, 26 fevral Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin növbəti ildönümüdür - Xocalı soyqırımından 31 il ötür.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Son xəbərlər

Orphus sistemi