Rusiya XİN: “Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı görüşü alqışlayırıq”

Rusiya XİN: “Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı görüşü alqışlayırıq” “Biz Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı görüşü alqışlayırıq”.
Xarici siyasət
6 Dekabr , 2023 15:04
Rusiya XİN: “Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı görüşü alqışlayırıq”

“Biz Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı görüşü alqışlayırıq”.

"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Rusiya Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üçün lazımi kartoqrafik materialları təqdim etməyə hazırdır.

“Biz bilavasitə delimitasiya fəaliyyətinin gedişində hər cür yardım göstərməyə hazırıq. Bu, həm də lazımi kartoqrafik materialların təqdim edilməsini nəzərdə tutur. Xüsusilə, bunu dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində azərbaycanlı həmkarı ilə görüşündə təsdiqləyib”, - o bildirib.

Qeyd edək ki, 30 noyabr tarixində Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın beşinci görüşü keçirilib.

Tərəflər delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.

M. Zaxarova həmçinin qeyd edib ki, Rusiya Azərbaycan və Ermənistanın baş nazir müavinlərinin həmsədrlik etdiyi nəqliyyat kommunikasiyalarının açılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində mühüm irəliləyiş əldə olunub: “Əgər hər iki tərəfdə siyasi iradə olarsa, biz konkret layihələrin razılaşdırılması istiqamətində işi tez bir zamanda yekunlaşdıra və əsaslı fəaliyyətə başlaya bilərik. İnanırıq ki, üçtərəfli işçi qrupu çərçivəsində razılaşmaların əldə olunmasının daha da ləngiməsi region ölkələrinin maraqlarına, o cümlədən Ermənistanın maraqlarına zidd işləyəcək”.

Son xəbərlər

Orphus sistemi