XİN: Paşinyanın müsahibəsində fikirlər Fransanın sülhə mənfi təsirlərinin göstəricisidir

XİN: Paşinyanın müsahibəsində fikirlər Fransanın sülhə mənfi təsirlərinin göstəricisidir Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan baş naziri Nikol Paşinyanın “France-24”ə müsahibəsində dediyi fikirləri Fransa tərəfinin sülhə davam edən mənfi göstəricisi kimi qiymətləndirib.
Xarici siyasət
23 Fevral , 2024 14:36
XİN: Paşinyanın müsahibəsində fikirlər Fransanın sülhə mənfi təsirlərinin göstəricisidir

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan baş naziri Nikol Paşinyanın “France-24”ə müsahibəsində dediyi fikirləri Fransa tərəfinin sülhə davam edən mənfi göstəricisi kimi qiymətləndirib.

“Report”un məlumatına görə, Azərbaycan XİN-in yaydığı bəyanatda qeyd edilib ki, Almaniya kanslerinin təşəbbüsü ilə liderlər arasında keçirilmiş sonuncu görüşdən sonra Ermənistan tərəfindən bu kimi açıqlamalar verilməsi və bunun üçün məkanın məhz Fransa olaraq seçilməsi, Almaniyanın səylərinə Ermənistan tərəfindən hörmətsizlik olmaqla, Fransa tərəfindən sülh prosesinə davam edən mənfi təsirlərin göstəricisidir.

Xatırladaq ki, N.Paşinyan fevralın 22-də “France 24”ə müsahibəsində Azərbaycana qarşı iddialarla çıxış edib və sülhün təmin olunmamasına görə rəsmi Bakını ittiham edib.

Son xəbərlər

Orphus sistemi