XİN: Bu il Azərbaycan-BMT əlaqələrinin inkişafında müsbət dinamika müşahidə edilib

XİN: Bu il Azərbaycan-BMT əlaqələrinin inkişafında müsbət dinamika müşahidə edilib Azərbaycan 2024-cü ildə də dünyada sülh, təhlükəsizlik və dayanıqlı inkişafın təmin olunması və bu kontekstdə beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığa öz töhfəsini verib.
Xarici siyasət
28 Dekabr , 2024 16:04
XİN: Bu il Azərbaycan-BMT əlaqələrinin inkişafında müsbət dinamika müşahidə edilib

Azərbaycan-BMT əlaqələrinin inkişafında müsbət dinamika müşahidə edilib, qarşılıqlı səfərlər həyata keçirilib.

"Report" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında qeyd edilib.

Bildirilib ki, Azərbaycan 2024-cü ildə də dünyada sülh, təhlükəsizlik və dayanıqlı inkişafın təmin olunması və bu kontekstdə beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığa öz töhfəsini verib.

"BMT Baş katibi Antonio Qutereşin COP29 çərçivəsində Azərbaycana səfərləri baş tutub. Eyni zamanda Azərbaycan Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində strateji əməkdaşlığa da xüsusi önəm verib. 2026-cı ildə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 16-cı Sammitinin Azərbaycanda keçirilməsi təsdiqlənib. Bundan başqa, həmin il Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsinə (AQEM) üzv dövlətlərin Sammiti ölkədə təşkil olunacaq".

Vurğulanıb ki, Azərbaycan bu il yekdilliklə D-8 təşkilatına üzv qəbul edilib:

"Azərbaycanın növbəti diplomatik qələbəsi olan D-8-ə üzvlüyü 1996-cı ildə əsası qoyulmuş təşkilatın tarixində ilk genişlənmə olmaqla ölkəmizin daha da artan nüfuzunun və geosiyasi mövqeyinin bariz nümunəsidir. Ədaləti və beynəlxalq hüququn norma və prinsiplərini özünün prioritet məqsədi kimi qarşıya qoyan ölkəmiz təşkilatın təməl prinsiplərinin qorunmasına, təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsinə yaxından töhfə verəcək".

Son xəbərlər

Orphus sistemi