Ceyhun Bayramov iranlı həmkarı ilə bəzi mövcud problemləri müzakirə edib
Xarici siyasət
- 08 iyun, 2023
- 20:45
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.
Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Telefon danışığı zamanı Azərbaycanla İran arasında münasibətlərin cari vəziyyəti, bəzi mövcud problemlər və onların həlli məsələləri müzakirə edilib.
Qeyd edilən istiqamətlərdə iki ölkənin aidiyyəti qurumları arasında danışıqların və qarşılıqlı təmasların davam etdirilməsinə dair razılıq ifadə olunub.
Telefon danışığı zamanı həmçinin bir sıra regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Son xəbərlər
12:28
Bloomberg: BƏƏ-dəki Füceyra limanı fəaliyyətini bərpa edib
Digər ölkələr12:21
Sabah güclü külək əsəcək, yağış yağacaq
Ekologiya12:19
Regionlara qar və yağış yağır - FAKTİKİ HAVA
Ekologiya12:09
Rebekа Qrinspan: Dünya qlobal böhranın astanasındadır
Digər ölkələr12:07
KİV: Müctəba Xamenei yaralı vəziyyətdə Rusiyaya aparılıb
Region11:48
Latviyanın sabiq prezidenti: Yeni dünya nizamı güclü turbulentliklə müşayiət olunur
Digər ölkələr11:46
Real TV-nin 8 yaşı tamam olur
Media11:41
Lüksemburqun qadın futbolçularına nalayiq mesaj yazan məşqçi işdən çıxarılıb
Komanda11:28