XİN: “Ermənistanı mübahisəni daha da gərginləşdirə biləcək hərəkətdən çəkinməyə çağırırıq”

XİN: “Ermənistanı mübahisəni daha da gərginləşdirə biləcək hərəkətdən çəkinməyə çağırırıq” “Ermənistanı mübahisəni daha da gərginləşdirə biləcək hərəkətdən çəkinməyə çağırırıq”.
Xarici siyasət
12 İyul , 2023 01:12
XİN: “Ermənistanı mübahisəni daha da gərginləşdirə biləcək hərəkətdən çəkinməyə çağırırıq”
Elnur Məmmədov

“Ermənistanı mübahisəni daha da gərginləşdirə biləcək hərəkətdən çəkinməyə çağırırıq”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov tviterdəki hesabında yazıb.

“Ermənistanı tərəflərin mübahisəsini daha da gərginləşdirə biləcək hər hansı hərəkətdən çəkinmək və nəzarət-buraxılış məntəqəsinin fəaliyyətinə maneçilik törədən hərəkətlərinə son qoymaq barədə Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əməl etməyə çağırırıq.

Ermənistanın yalanlarının əksinə olaraq, Beynəlxalq Ədalət Məhkəməsi keçid məntəqəsinin Laçın yolu boyunca hərəkəti pozduğunu aşkar etməyib; nə də Azərbaycanın 22 fevral qərarını pozduğunu aşkarlayıb”, - XİN başçısının müavini qeyd edib.

“İyulun 6-da Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Məhkəmənin 22 fevral 2023-cü il tarixli qərarının dəyişdirilməsi ilə bağlı müraciətini haqlı olaraq rədd edib”, - E.Məmmədov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi