Azərbaycan və BƏƏ arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd olunur
- 01 sentyabr, 2022
- 06:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Xarici İşlər Nazirliyi Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümü münasibətilə paylaşım edib.
“Report” xəbər verir ki, XİN-in tviter səhifəsində qeyd olunub:
“Bu gün Azərbaycan və BƏƏ arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd olunur. Bu münasibətlə BƏƏ hökuməti və xalqına ən xoş diləklərimizi çatdırırıq. Azərbaycan-BƏƏ əməkdaşlığının daha da inkişafını səbirsizliklə gözləyirik”.
Qeyd edək ki, BƏƏ Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabrın 26-da tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin sentyabrın 1-də qurulub. Azərbaycan ilə BƏƏ arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində mövcud olub.
Today marks the 3⃣0⃣th Anniversary of establishment of diplomatic relations between #Azerbaijan & #UAE. We send our best wishes to the Government & People of the United Arab Emirates on this occasion. Looking forward to further development of cooperation.@MoFAICUAE pic.twitter.com/7rizfYA614
— MFA Azerbaijan (@AzerbaijanMFA) September 1, 2022