XİN başçısı: “Cənubi Qafqaz ölkələri üçün bölgədən kənarda əməkdaşlıq potensialı mövcuddur”

XİN başçısı: “Cənubi Qafqaz ölkələri üçün bölgədən kənarda əməkdaşlıq potensialı mövcuddur” “Cənubi Qafqaz bölgəsi üçün region hüdudlarından kənarda - Mərkəzi Asiya və Çinlə əməkdaşlıq potensialı mövcuddur”.
Xarici siyasət
19 İyun , 2021 13:02
XİN başçısı: “Cənubi Qafqaz ölkələri üçün bölgədən kənarda əməkdaşlıq potensialı mövcuddur”
David Zalkaliani

“Cənubi Qafqaz bölgəsi üçün region hüdudlarından kənarda - Mərkəzi Asiya və Çinlə əməkdaşlıq potensialı mövcuddur”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani Antalya Diplomatiya Forumunda “Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” mövzusuna həsr olunan paneldə çıxışında deyib.

O bildirib ki, bu cür əməkdaşlığın artıq praktiki nümunələri var: “Bu yaxınlarda Batumidə yeni terminal açıldı. Həmin layihə Azərbaycan, Gürcüstan, Özbəkistan və ABŞ arasında çox yaxşı əməkdaşlığın nəticəsi oldu. Bu cür potensiallı layihələr olduqca çoxdur və onlar inkişaf etdirilə bilər. Layihələrdən biri Qara dənizdə sualtı elektrik xətlərinin çəkilməsi ilə bölgəmizin Avropa ilə əlaqələndirilməsi ilə bağlıdır”.

Son xəbərlər

Orphus sistemi