XİN başçıları Azərbaycan-Türkmənistan-Türkiyə görüşünü müzakirə ediblər
Xarici siyasət
- 04 iyul, 2021
- 13:29
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkmənistan xarici işlər naziri Rəşid Meredov ilə telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, nazirlər iki ölkə arasındakı əməkdaşlıq gündəliyi üzrə, o cümlədən ənənəvi dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi ilə bağlı aktual məsələlərə dair fikir mübadiləsi aparıblar.
Nazirlər həmçinin regional təhlükəsizlik, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Cari il keçirilməsi nəzərdə tutulan Azərbaycan, Türkmənistan, Türkiyə yüksək səviyyəli görüşünün əhəmiyyəti vurğulanıb.
Telefon danışığı zamanı habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Son xəbərlər
02:02
Şanlıurfada 25 şagird qidadan zəhərlənib
Region01:35
Amerikalı diplomat Azərbaycanın enerji marşrutlarında iştirakını yüksək qiymətləndirib
Energetika01:14
Rusiya Fransa, Kanada və Portuqaliya ilə hərbi əməkdaşlığı dayandırıb
Digər ölkələr00:32
Bakı metrosunda qatarda texniki nasazlıq qeydə alınıb
Hadisə00:20
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb
İnfrastruktur00:14
Rubio AK-nın "X"i cərimələməsini Amerika xalqına qarşı hücum adlandırıb
Digər ölkələr23:53
Video
"Xalisa faciəsində 11 soydaşımız işgəncələrlə öldürülüb" - Qərbi Azərbaycan Xronikası
Daxili siyasət23:44
Almaniyada minlərlə məktəbli yeni hərbi xidmət qanununa etiraz edib
Digər ölkələr23:37