XİN Azərbaycanın Ermənistana qarşı iddialarına vahid məhkəmədə baxılmasının mümkünlüyünə aydınlıq gətirib

XİN Azərbaycanın Ermənistana qarşı iddialarına vahid məhkəmədə baxılmasının mümkünlüyünə aydınlıq gətirib “İşğaldan irəli gələn beynəlxalq hüquq məsələlərə, pozuntulara, təcavüzün nəticələrinə təəsüflər olsun ki, vahid bir beynəlxalq məhkəmədə baxılmır. Onların bir məhkəmədə baxılması praktik cəhətdən Azərbyacan üçün bu işlərin aparılmasını asanlaşdırardı. Az
Xarici siyasət
8 Dekabr , 2021 11:54
XİN Azərbaycanın Ermənistana qarşı iddialarına vahid məhkəmədə baxılmasının mümkünlüyünə aydınlıq gətirib

“İşğaldan irəli gələn beynəlxalq hüquq məsələlərə, pozuntulara, təcavüzün nəticələrinə təəsüflər olsun ki, vahid bir beynəlxalq məhkəmədə baxılmır. Onların bir məhkəmədə baxılması praktik cəhətdən Azərbyacan üçün bu işlərin aparılmasını asanlaşdırardı. Azərbaycan vahid məhkəməyə 30 il ərzində baş vermiş təcavüz siyasətindən, ərazilərinin 30 ilə yaxın işğal altında saxlanması faktlarından başlayaraq, bu müddət ərzində bir milyona yaxın soydaşımızın əsas insan hüquq və azadlıqlarının pozulması faktlarını toplayaraq təqdim edə və həmin məhkəmədə bütün bu hadisələrə vahid yanaşma sərgiləyərək, münasibət bildirməsini tələb edə bilərdik”.

Bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov “Report”un sualını cavablandırarkən deyib.

“Təəssüflər olsun ki, bu mümkün deyil. Çünki beynəlxalq konvensiyaların pozulmasına görə şikayətetmə prosedurları bir-birindən fərqlənir. Burada həm Beynəlxalq Ədalət Məhkəməsi, həm İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, həm də Beynəlxalq Arbitraj Məhkəməsi var. Hansı ki, konkret məsələnin baxılması üçün adətən 3 hakimdən ibarət olan xüsusi məhkəmə formalaşır və həmin məhkəmə konkret konvensiyanın pozulmasına ilə bağlı qaldırılan məsələyə baxır. Mövcud beynəlxalq hüququn işləmə mexanizmlərinin bundan ibarət olduğunu və sırf hüquqi bir məqam olduğunu nəzərə alırıq. Amma bilirsiz ki, Ermənistan Beynəlxalq Ədalət Məhkəməsinin ümumi yurisdiksiyasını qəbul etmir. Yəni istənilən dövlət Ermənistanın hansısa qanunsuz hərəkətləri ilə bağlı birbaşa Ermənistanın razılığı olmadan Beynəlxalq Adələt Məhkəməsinə müraciət edə bilmir. Bu mexanizm mövcud deyil. Çünki Ermənistan onu qəbul etməyib. Hansı səbəbdən qəbul etməyib, bu digər məsələdir. Ona görə mövcud konvensiyalar çərçivəsində razılıq verilmiş məhkəmələrə müraciət etmək olur. Artıq iki konkret istiqamət üzrə Ermənistana qarşı beynəlxalq səviyyədə iddianın qaldırılması planlaşdırılır. Bu işləri növbəti il ərzində həyata keçirməyi planlaşdırırıq. Bu şikayətlər ətraf mühitə vurulmuş ziyan və enerji resuslarının qanunsuz istismarı ilə bağlı olacaq”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi