XİN: "Azərbaycan və Çin arasında əməkdaşlığın daha da inkişafını səbirsizliklə gözləyirik"
XİN: "Azərbaycan və Çin arasında əməkdaşlığın daha da inkişafını səbirsizliklə gözləyirik"Azərbaycan və Çin arasında diplomatik əlaqələrin yaradılmasından 30 il ötür
Azərbaycan və Çin arasında diplomatik əlaqələrin yaradılmasından 30 il ötür.
“Report” xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi bu münasibətlə tviter səhifəsində paylaşım edib.
“Bu gün Azərbaycan və Çin arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Biz bu münasibətlə Çin hökuməti və xalqına ən xoş arzularımızı çatdırırıq. Azərbaycan və Çin arasında əməkdaşlığın daha da inkişafını səbirsizliklə gözləyirik”, - nazirlikdən bildirilib.
Today marks the th Anniversary of the establishment of diplomatic relations between #Azerbaijan & #China. We send our best wishes to the Government & People of the People's Republic of China on this occasion. Looking forward to further development of cooperation. pic.twitter.com/tqyv0f4D38