XİN: "Azərbaycan erməni sakinlərinin üzləşə biləcəyi bütün humanitar ehtiyacları operativ şəkildə həll etməyə hazırdır"

XİN: "Azərbaycan erməni sakinlərinin üzləşə biləcəyi bütün humanitar ehtiyacları operativ şəkildə həll etməyə hazırdır" "Azərbaycan hökuməti dəfələrlə erməni sakinlərinin üzləşə biləcəyi bütün humanitar ehtiyacları operativ şəkildə həll etməyə hazır olduğunu bəyan edib. Bundan irəli gələrək, Azərbaycan hökuməti BQXK-nın yerli nümayəndəliyi ilə sıx əlaqədədir".
Xarici siyasət
21 Dekabr , 2022 15:17
XİN: Azərbaycan erməni sakinlərinin üzləşə biləcəyi bütün humanitar ehtiyacları operativ şəkildə həll etməyə hazırdır

"Azərbaycan hökuməti dəfələrlə erməni sakinlərinin üzləşə biləcəyi bütün humanitar ehtiyacları operativ şəkildə həll etməyə hazır olduğunu bəyan edib. Bundan irəli gələrək, Azərbaycan hökuməti BQXK-nın yerli nümayəndəliyi ilə sıx əlaqədədir".

"Report"un xəbərinə görə, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin BMT Təhlükəsizlik Şurasında Laçın yolundakı vəziyyətlə bağlı aparılan müzakirələrə dair şərhində əksini tapıb.

Bildirilib ki, BMT TŞ-nın iclasında Azərbaycan nümayəndə heyəti ölkəmizin bir qrup vətəndaş cəmiyyəti nümayəndəsinin Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarına etiraz əlaməti olaraq sülhməramlı kontingentin müvəqqəti yerləşdirildiyi ərazidə nümayiş keçirməsinə səbəb olan hadisələrin gedişatı barədə ətraflı məlumat verib.

Son xəbərlər

Orphus sistemi