XİN Yaponiya xarici işlər nazirinin Azərbaycana səfəri ilə baglı məlumat yayıb

Xarici siyasət
  • 04 sentyabr, 2018
  • 07:26
XİN Yaponiya xarici işlər nazirinin Azərbaycana səfəri ilə baglı məlumat yayıb

Bakı. 4 sentyabr. REPORTAZ/ Yaponiyanın xarici işlər naziri Taro Kono 5-6 sentyabr tarixlərində Azərbaycana rəsmi səfər edəcək.

Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfər çərçivəsində Taro Kononun xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.