XİN sözçüsü: "Peşəkar fəaliyyətinə və siyasi mənsubiyyətinə görə Azərbaycanda heç kim təqib olunmur"

XİN sözçüsü: "Peşəkar fəaliyyətinə və siyasi mənsubiyyətinə görə Azərbaycanda heç kim təqib olunmur" "ABŞ Dövlət Departamentinin Azərbaycanda açılan hər bir cinayət işinə münasibət bildirməsini gözləmək olar"
Xarici siyasət
24 Aprel , 2015 10:28
XİN sözçüsü: Peşəkar fəaliyyətinə və siyasi mənsubiyyətinə görə Azərbaycanda heç kim təqib olunmur

Bakı. 24 aprel. REPORT.AZ/ "Peşəkar fəaliyyətinə və siyasi mənsubiyyətinə görə Azərbaycanda heç kim təqib olunmur", "Report" xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ABŞ Dövlət Departamentinin hüquq müdafiəçisi İntiqam Əliyevlə bağlı açıqlamasını şərh edərkən belə deyib.

Onun fikrincə, ABŞ-ın rəsmi qurumları Azərbaycanda qəbul olunan hər bir məhkəmə qərarına münasibət bildirmək həvəsinə düşüb: "Görünür ki, digər ölkələrdən fərqli olaraq, ABŞ Dövlət Departamenti tərəfindən Azərbaycanda qəbul olunan hər bir məhkəmə qərarını böyük diqqətlə izlənilir. Bu minvalla davam etdiyi təqdirdə, ABŞ Dövlət Departamentinin Azərbaycanda açılan hər bir cinayət işinə münasibət bildirməsini gözləmək olar. 

İntiqam Əliyev vergidən yayınma və digər qanunazidd əməllərinə görə ittiham olunub və qanunun aliliyinin ifadəsi kimi, məhkəmənin qərarı ilə bu cinayət təsbit olunub. Bunun insan hüquqları fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur".

Son xəbərlər

Orphus sistemi