Yuxarı

XİN: Səfirlik Nitsada törədilən terror aktı qurbanları arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını araşdırır

Səfirliyin diplomatları Fransanın müvafiq strukturları ilə əlaqədədir

Bakı. 15 iyul. REPORT.AZ/ "Azərbaycanın Fransadakı səfirliyi Nitsada törədilən terror aktı qurbanları arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını araşdırır".

Bu sözləri "Report"a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O, səfirliyin diplomatlarının Fransanın müvafiq strukturları ilə daimi əlaqədə olduğunu qeyd edərək, lazım olacağı təqdirdə Azərbaycanın Fransada yaşayan vətəndaşlarnın hər zaman səfirliyinə müraciət edə biləcəyini vurğulayıb.

Xatırldaq ki, iyulun 14-də gecə saatlarında yük maşını sürücüsu Bastiliya qalasının alınması münasibətilə keçirilən atəşfəşanlığa baxmaq üçün Nitsa şəhərinin İngiltərə sahilinə toplaşan insan izdihamın olduğu əraziyə daxil olaraq onların üstündən keçib. Şahidlərin ifadələrinə görə, yük maşını dayanmır, ziqzaqvari hərəkətlərlər daha çox insana xəsarət yetirməyə çalışırdı. Yük maşınının təxminən 2 km məsafədə qarşısına çıxanı vurduğu söylənilir. Hücum edən şəxs atəş də açıb. O, polis tərəfindən zərərsizləşdirilib.

Hadisə nəticəsində ölənlərin sayı son məlumata əsasən, 84 nəfərdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi