XİN Dağıstanda baş verən hadisəyə münasibət bildirdi

XİN Dağıstanda baş verən hadisəyə münasibət bildirdi Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Rusiya ilə sərhəddə baş verən hadisəyə münasibət bildirib.
Xarici siyasət
16 İyun , 2020 19:51
XİN Dağıstanda baş verən hadisəyə münasibət bildirdi
Leyla Abdullayeva

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Rusiya ilə sərhəddə baş verən hadisəyə münasibət bildirib. 

O, "Report"a deyib ki, Azərbaycan-Rusiya sərhədinin Dağıstan istiqamətində baş verən hadisə ilə bağlı Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən münasibət bildirildi: "Bu xüsusda öz tərəfimizdən dəfələrlə vətəndaşlarımıza müraciət edərək ölkəyə geri dönüşün qeydiyyat əsasında həyata keçirildiyini, yaşlılar, xəstələr, qadınlar və həssas kateqoriyaya daxil olan digər vətəndaşlarımızın prioritet təşkil etdiyini, geri dönüşün ökəmizdəki karantin yerlərinin qəbuletmə imkanları ilə bilavasitə əlaqəli olduğunu qeyd etmişik. Sərhəd keçid məntəqəsinə toplaşmağın çıxış yolu olmadığı və mövcud vəziyyətdə anlayış göstərmələrini israrla xahiş etmişik".

"Qeyd etmək istərdim ki, vətəndaşlarımızın geri dönüşü ilə bağlı iki ölkə arasında bütün səviyyələrdə əldə edilən qarşılıqlı razılaşma həyata keçirilir və müvafiq qurumlar arasında əlaqələndirmə çərçivəsində vətəndaşların ölkəyə gətirilməsi davam etdirilir. Bu gün də sərhəd keçid məntəqəsindən növbəti qrup vətəndaşımızın ölkəyə keçidi təmin olunub. Vətəndaşlarımıza müraciət edərək maksimum anlayış göstərməyə və olduqları ölkənin qanunvericiliyinə riayət etməyə çağırırıq", - L.Abdullayeva vurğulayıb.

Son xəbərlər

Orphus sistemi