Yuxarı

XİN: “Rossiya 24”də Ermənistanın azərbaycanlı hərbçilər və mülki şəxslərə qarşı kütləvi şəkildə törətdiyi cinayət əməlləri təhrif edilib

“Azərbaycan və Rusiya arasındakı əlaqələrə xələl gətirmək kimi məqsəd güdürlər”

Bakı. 27 noyabr. REPORT.AZ/ “Rossiya 24" dövlət televiziya kanalında 26 noyabr 2015-ci il tarixində efirə getmiş “Турецкий оскал: почему “Серые волки” убили российского пилота” adlı verilişdə düzgün olmayan və uydurma məlumat əsasında Azərbaycanın adı hallandırılıb, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı, Ermənistanın azərbaycanlı hərbçilər və mülki şəxslərə qarşı kütləvi şəkildə törətdiyi hərbi və insanlıq əleyhinə cinayət əməlləri təhrif edilib”. “Report”un xəbərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O deyib ki, tamamilə yanlış və qeyri-obyektiv məlumat əsasında Azərbaycana adının hallandığı bu verilişi hazırlayanlar dost və qonşu ölkələr olan Azərbaycan və Rusiya arasındakı əlaqələrə xələl gətirmək kimi məqsəd güdürlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi