XİN: Konstantin Zatulin Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin inkişafından narahatlıq keçirir

XİN: Konstantin Zatulin Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin inkişafından narahatlıq keçirir Hikmət Hacıyev Rusiya parlamentinin üzvünün Yerevanda səsləndirdiyi fikirlərinə münasibət bildirib
Xarici siyasət
22 Dekabr , 2016 16:40
XİN: Konstantin Zatulin Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin inkişafından narahatlıq keçirir

Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Rusiya parlamentinin üzvü Konstantin Zatulinin Yerevanda səsləndirdiyi fikirlərinə münasibət bildirib.

Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, H.Hacıyev deyib ki, Ermənistan və erməni lobbi dairələrinin aləti olan K.Zatulin Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin və mehriban qonşuluğun dinamik və ardıcıl inkişafından, eləcə də xalqlarımızı birləşdirən ənənəvi dostluqdan ciddi surətdə narahatlıq keçirir.

Onun sözlərinə görə, Azərbaycan və Rusiya arasında əməkdaşlığın hərtərəfli inkişafından məlumatı az olan K.Zatulinin bu mənada narahatçılığı və məyusluğu daha da artmalı olacaqdır.

"Çünki Azərbaycan və Rusiya arasında xalqlarımızın mənafeyi naminə əməkdaşlığın bütün sahələrdə daha da inkişaf etdirilməsi üçün çoxsaylı və böyükmiqyaslı yeni layihələrimiz və təşəbbüslərimiz var" -  H.Hacıyev bildirib.

Qeyd edək ki, deputat K.Zatulin ermənipərəst mövqeyi ilə seçilir. 

Son xəbərlər

Orphus sistemi