Yuxarı

XİN: Qaçırılmış təyyarənin sərnişinləri arasında Azərbaycan vətəndaşı yoxdur

Azərbaycan səfirliyi bu məsələni nəzarətdə saxlayır

Bakı. 29 mart. REPORT.AZ/ "İlkin məlumatlara görə, "EgyptAir" aviaşirkətinin qaçırılmış təyyarəsinin sərnişinləri arasında Azərbaycan vətəndaşı yoxdur".

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycanın Qahirədəki səfirliyi Misirin müvafiq orqanları ilə əlaqə saxlayıb. Onlara reysin ölkədaxili olduğu, ilkin məlumata görə sərnişinlər arasında Azərbaycan vətəndaşının olmaması barədə məlumat verilib.

"Amma Azərbaycan səfirliyi bu məsələni nəzarətdə saxlayır", - XİN-in mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, "EgyptAir" aviaşirkətinə məxsus sərnişin təyyarəsi bu gün İsgəndəriyyədən Qahirəyə uçuş həyata keçirərkən qaçırılıb. Təyyarə Kiprdə Larnaka hava limanında yerə enib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi