XİN: Fransanın yeni daxili işlər nazirinin adı Azərbaycanda "arzuolunmaz şəxslər"in siyahısındadır

XİN: Fransanın yeni daxili işlər nazirinin adı Azərbaycanda "arzuolunmaz şəxslər"in siyahısındadır Hikmət Hacıyev: "Bruno Le Ru 2015-ci ildə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edib"
Xarici siyasət
119
7 Dekabr , 2016 13:22
XİN: Fransanın yeni daxili işlər nazirinin adı Azərbaycanda arzuolunmaz şəxslərin siyahısındadır
Xarici İşlər Nazirliyi / Report

Bakı. 7 dekabr. REPORT.AZ/ "Fransanın yeni daxili işlər naziri Bruno Le Ru Fransa parlamentinin üzvü statusunda 2015-ci ilin sentyabr ayında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər edib. Onun adı arzuolunmaz şəxslər siyahısındadır".

Bunu "Report"un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının qanunları, ərazi bütövlüyü və suverenliyini pozaraq işğal olunmuş ərazilərə qeyri-qanuni səfər edən hər bir əcnəbi vətəndaş tutduğu vəzifə mövqeyindən və kimliyindən asılı olmayaraq "arzuolunmaz şəxslər" siyahısına daxil edilir: "Qanun qanundur və hamıya da eyni cür şamil olunur".

Son xəbərlər

Orphus sistemi