XİN: Cakartada baş verən terror aktlarında Azərbaycan vətəndaşları xəsarət almayıb

XİN: Cakartada baş verən terror aktlarında Azərbaycan vətəndaşları xəsarət almayıb Səfirlik tərəfindən İndoneziyada daimi əsasda yaşayan Azərbaycan vətəndaşlarına kütləvi yerlərdən kənar durmaları tövsiyə olunur
Xarici siyasət
14 Yanvar , 2016 11:20
XİN: Cakartada baş verən terror aktlarında Azərbaycan vətəndaşları xəsarət almayıb

Bakı. 14 yanvar. REPORT.AZ/ "İlkin məlumata əsasən İndoneziyanın paytaxtı Cakartada bu gün baş vermiş terror aktlarında həlak olan və ya xəsarət alanlar arasında Azərbaycan Respublikasının vətəndaşları yoxdur".

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanın İndoneziyadakı səfirliyi fəaliyyətini davam etdirir və məsələ ilə əlaqədar İndoneziyanın dövlət qurumları ilə təmasdadır.

"Səfirlik tərəfindən İndoneziyada daimi əsasda yaşayan Azərbaycan vətəndaşlarına kütləvi yerlərdən kənar durmaları tövsiyə olunur. Azərbaycanın İndoneziyadakı səfirliyində otuza yaxın Azərbaycan vətəndaşı konsulluq qeydiyyatındadır", - H.Hacıyev bildirib.

Son xəbərlər

Orphus sistemi