XİN başçısı: "Braziliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

XİN başçısı: "Braziliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" Aloiziu Nunes Ferreyra: "Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həllini dəstəkləyirik"
Xarici siyasət
15 Noyabr , 2017 13:55
XİN başçısı: Braziliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
Moreira Mariz/Agência Senado

Bakı. 15 noyabr. REPORT.AZ/ "Braziliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir".

"Report" xəbər verir ki, bunu brifinqdə jurnalistlərə Braziliyanın xarici işlər naziri Aloiziu Nunes Ferreyra deyib.

O qeyd edib ki, Braziliya Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllini dəstəkləyir.

"Braziliya münaqişənin həlli üzrə ATƏT-in Minsk qrupunun səylərini, eləcə də sülh, dialoq, təhlükəsizlik və ərazi bütövlüyünün toxunulmazlığını dəstəkləyir", - Aloiziu Nunes Ferreyra bildirib.

Son xəbərlər

Orphus sistemi