​XİN: Azərbaycanın xarici vətəndaşların ölkəyə girişinə icazə verib-verməmək haqqında qərar qəbul etməklə bağlı suveren hüququ var

​XİN: Azərbaycanın xarici vətəndaşların ölkəyə girişinə icazə verib-verməmək haqqında qərar qəbul etməklə bağlı suveren hüququ var "Azərbaycan ərazisində xarici vətəndaşlar üçün dövlət sərhədi və miqrasiya haqqında qanunlar qüvvəyə minir"
Xarici siyasət
12 Oktyabr , 2015 17:54
​XİN: Azərbaycanın xarici vətəndaşların ölkəyə girişinə icazə verib-verməmək haqqında qərar qəbul etməklə bağlı suveren hüququ var

Bakı. 12 oktyabr. REPORT.AZ/ "Azərbaycanın xarici vətəndaşların ölkəyə girişinə icazə verib-verməmək haqqında qərar qəbul etməklə bağlı tam suveren hüququ var".

"Report" xəbər verir ki, bu barədə "Amnesty İnternational" təşkilatı üzvlərinin Azərbaycana girişinə icazə verilməməsi məsələsini şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev jurnalistlərə bildirib.

"Azərbaycan ərazisində xarici vətəndaşlar üçün dövlət sərhədi və miqrasiya haqqında qanun, həmçinin bir sıra digər qanunlar qüvvəyə minir. Hansısa bir ölkədə olduğu kimi, Azərbaycanın da xarici vətəndaşların ölkəyə girişinə icazə verib-verməmək haqqında qərar qəbul etməklə bağlı tam suveren hüququ var", - H. Hacıyev bildirib.