XİN: Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəlikləri gücləndirilmiş iş rejiminə keçib

XİN: Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəlikləri gücləndirilmiş iş rejiminə keçib Hikmət Hacıyev açıqlama verib
Xarici siyasət
20 Dekabr , 2016 11:59
XİN: Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəlikləri gücləndirilmiş iş rejiminə keçib
Azərbaycan Xarici İşlər Nazirliyi / Report

Bakı. 20 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı diplomatik nümayəndəlikləri gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər.

Bu barədə “Report”un sorğusuna cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Qeyd edək ki, dünən Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov güllələnərək öldürülüb. Bundan sonra Türkiyədəki bir sıra səfirliklər gücləndirilmiş iş rejiminə keçib, ABŞ və İranın diplomatik nümayəndəlikləri isə bir günlük bağlanıb.

Son xəbərlər

Orphus sistemi