Yuxarı

​XİN: Azərbaycan səfirlikləri ermənilərin kiber terror hücumlarına məruz qalıb

Qısa müddət ərzində səfirliklərin internet saytlarının fəaliyyəti bərpa edilib

Bakı. 6 sentyabr. REPORT.AZ/ Azərbaycanın Hollandiya, Belçika və Qətərdəki səfirliklərinin internet ünvanları 5 sentyabr 2015-ci il tarixində özünü “Artsax kiber ordusu” adlandıran qrup tərəfindən kiber terror hücumlarına məruz qalıb.

XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Report"a verdiyi məlumata görə, qısa müddət ərzində səfirliklərin internet saytlarının fəaliyyəti bərpa edilib.

H. Hacıyevin sözlərinə görə, Ermənistan tərəfindən Azərbaycan Respublikasının internet resurslarına, o cümlədən ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərinin internet saytlarına kiber terror hücumları davamlı əsasda həyata keçirilir.

"Qəsdən vəziyyəti gərginləşdirmək üçün atəşkəs rejimini kobud şəkildə pozan, cəbhə zonasında təxribat-diversiya əməliyyatları törədərək məğlubiyyət və insan itkisi ilə üzləşən və diplomatik müstəvidə tamamilə təcrid olunmuş vəziyyətə düşən Ermənistan kiber terrorizm əməllərinə əl atmaqla, öz uğursuzluqlarını “kompensasiya” etməyə cəhd göstərir.

Ermənistan tərəfindən səfirliklərimizin internet saytlarına qarşı olan hücumlar müvafiq olaraq, bu ünvanları “host” edən serverlərə və serverlərin yerləşdiyi ölkələrin internet resurslarına və məkanına qarşı da kiber terrorizm əməlləridir", - deyə o qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi