Xəzəryanı dövlət başçılarının sammiti 2018-ci ilin yazında Astanada keçiriləcək

Xəzəryanı dövlət başçılarının sammiti 2018-ci ilin yazında Astanada keçiriləcək Hazırda xarici işlər nazirlikləri xətti ilə görüşün razılaşdırılması prosesi gedir
Xarici siyasət
13 Dekabr , 2017 05:40
Xəzəryanı dövlət başçılarının sammiti 2018-ci ilin yazında Astanada keçiriləcək

Bakı. 13 dekabr. REPORT.AZ/ Xəzər dənizinin hüquqi statusuna dair konvensiya layihəsinə baxılacağı Xəzəryanı dövlət başçılarının sammiti yazda Astanada keçiriləcək.

“Report” xəbər verir ki, bunu RİA "Novosti"yə Rusiya prezidentinin Xəzər regionu ölkələri ilə humanitar əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov deyib.

"Xəzəryanı dövlət başçılarının sammiti, çox güman ki, gələn ilin yazında Astanada keçiriləcək. Hazırda xarici işlər nazirlikləri xətti ilə görüşün razılaşdırılması prosesi gedir", - deyə Abdulatipov bildirib.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Xəzərin hüquqi statusu üzrə konvensiya üzərində iş əməli olaraq başa çatıb, konvensiya layihəsi gələn ilin birinci yarısında Qazaxıstanda görüşməsi ehtimal olunan Xəzəryanı dövlət başçılarının təsdiq etməsi üçün sammitin gündəlinə daxil ediləcək.

Son xəbərlər

Orphus sistemi