Xəzərin hüquqi statusu üzrə İşçi Qrupun növbəti iclası mayın sonunda Astanada keçiriləcək

Xəzərin hüquqi statusu üzrə İşçi Qrupun növbəti iclası mayın sonunda Astanada keçiriləcək Bakı. 10 may. REPORT.AZ/ Xəzərin hüquqi statusu ilə bağlı, demək olar ki, tam razılıq əldə olunub.
Xarici siyasət
10 May , 2018 17:21
Xəzərin hüquqi statusu üzrə İşçi Qrupun növbəti iclası mayın sonunda Astanada keçiriləcək
Xarici işlər nazirinin müavini Xələf Xələfov / Report
0 : 00
0 : 00

Bakı. 10 may. REPORT.AZ/ "Xəzərin hüquqi statusu ilə bağlı, demək olar ki, tam razılıq əldə olunub".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Onun sözlərinə görə, Konvensiyanın hazırlanması istiqamətində işlər, demək olar ki, yekunlaşıb: "Mayın 20-dən sonra Qazaxıstan paytaxtı Astanada İşçi Qrupun görüşü keçiriləcək. Ondan sonra isə Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin toplantısı olacaq. Deyə bilərəm ki, tərəflərin konvensiyanın qəbul olunması üçün siyasi iradəsi var və əgər sammit baş tutsa, bu sənəd mütləq imzalanacaq".

"Türkmənistanla Azərbaycan arasındakı məsələ Xəzər dənizinin iki ölkəyə aid sektorların delimitasiya məsələsidir. Bu istiqamətdə də işlər davam etdirilir. Bununla bağlı görüşümüz bu ilin payızında baş tutmalıdır. Razılaşma əldə etməyə yaxınıq. Lakin bu, qısa bir proses deyil və hələ görüləcək çox iş var", - nazir müavini qeyd edib.

Son xəbərlər

Orphus sistemi