Bakıda Xəzər regionunun geosiyasəti üzrə konfrans keçiriləcək

Xarici siyasət
  • 05 mart, 2015
  • 12:50
Bakıda Xəzər regionunun geosiyasəti üzrə konfrans keçiriləcək

Bakı. 5 mart. REPORT.AZ/ Azərbaycanda NATO Beynəlxalq məktəbi (NİSA) aprelin sonunda Bakıda "Xəzər regionunun geosiyasi xülasəsi: Azərbaycan üçün yeni rol" mövzusunda konfrans təşkil edəcək. 

NİSA-dan "Report"a bildiriblər ki, konfransın məqsədi Xəzər regionunda geosiyasi vəziyyətin, siyasi arxitekturanın inkişafının, regionda imkanlar və təhlükəsizlik məsələlərinin müzakirəsidir. 

Həmçinin Xəzər regionunun Avrasiya və qlobal təhlükəsizliyi kontekstində rolu müzakirə olunacaq.