Dan Yanku: "Xəzər dənizi - Qara dəniz dəhlizi təşəbbüsü bütün region üçün sərfəlidir"

Dan Yanku: "Xəzər dənizi - Qara dəniz dəhlizi təşəbbüsü bütün region üçün sərfəlidir" Bakı. 5 mart. REPORT.AZ/ Qara dəniz – Xəzər dənizi nəqliyyat dəhlizinə dair görüş dörd ölkənin bu müştərək təşəbbüsünü irəli aparmaq iradəsini ortaya qoyub.
Xarici siyasət
5 Mart , 2019 18:26
Dan Yanku: Xəzər dənizi - Qara dəniz dəhlizi təşəbbüsü bütün region üçün sərfəlidir

Bakı. 5 mart. REPORT.AZ/ "Qara dəniz – Xəzər dənizi nəqliyyat dəhlizinə dair görüş dörd ölkənin bu müştərək təşəbbüsünü irəli aparmaq iradəsini ortaya qoyub".

“Report” xəbər verir ki, bunu Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku bildirib.

“Martın 4-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya, Türkmənistan xarici işlər nazirlərinin görüşü Qara dəniz – Xəzər dənizi nəqliyyat dəhlizinə dair adıçəkilən dörd ölkənin bu müştərək təşəbbüsünü irəli aparmaq iradəsini ortaya qoyub. Bu təşəbbüs nəticəsində əlaqələrin gücləndirilməsi və fəaliyyətlərin bəlli bir çərçivədə yürüdülməsi sayəsində təkcə dörd iştirakçı ölkə yox, bütün region da əhəmiyyətli mənfəət qazanacaq", - deyə o qeyd edib.

D.Yanku deyib ki, bu təşəbbüs həm də Azərbaycanın təşəbbüskarı olduğu “Şərq – Qərb” nəqliyyat dəhlizi də daxil olmaqla, müzakirə və icra mərhələsindəki başqa regional layihələrlə də üst-üstə gəlir: "Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının Mərkəzi və Şimali Avropaya qovuşmasında mühüm rol oynayan Avropa İttifaqı ilə Əməkdaşlıq Strategiyasının hazırlanmasına Qara dəniz – Xəzər dənizi nəqliyyat dəhlizinin də mühüm töhfə olacağına Rumıniya əmindir”.

Son xəbərlər

Orphus sistemi