Xələf Xələfov: "NATO və Rusiyanın hərbi rəhbərliyinin Bakıda görüşməsi Azərbaycana olan etimadın göstəricisidir"

Xələf Xələfov: "NATO və Rusiyanın hərbi rəhbərliyinin Bakıda görüşməsi Azərbaycana olan etimadın göstəricisidir" Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı (SACEUR) general Körtis Skaparotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeri Gerasimov arasında Bakıda baş tutacaq görüşə münasibət bildirib.
Xarici siyasət
12 Dekabr , 2018 12:11
Xələf Xələfov: NATO və Rusiyanın hərbi rəhbərliyinin Bakıda görüşməsi Azərbaycana olan etimadın göstəricisidir
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov / Report/ Elchin Murad

Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı (SACEUR) general Körtis Skaparotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeri Gerasimov arasında Bakıda baş tutacaq görüşə münasibət bildirib.

"Report"un xəbərinə görə, X.Xələfov jurnalistlərə açıqlamasında deyib ki, görüşün Bakıda təşkil olunması Azərbaycana olan etimadın göstəricisidir: "Azərbaycan Rusiya ilə strateji tərəfdaşlıq münasibətindədir. Həmçinin ABŞ-la Azərbaycanın münasibətləri strateji xarakter daşıyır. Bu hər iki tərəfin Azərbaycana olan etimadının göstəricisidir. Azərbaycan belə yüksək səviyyəli görüşlərin keçirilməsi və çox vacib məsələlərin müzakirə olunması üçün platforma kimi seçilib".

O əlavə edib ki, Azərbaycan beynəlxalq və vacib tədbirlərin keçirildiyi mərkəzə çevrilib: "Bu da ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun artmasının göstəricisidir. Ölkəmiz müstəqillik dövründə bu sahədə böyük təcrübə qazanıb". 

Son xəbərlər

Orphus sistemi