Xələf Xələfov: "Azərbaycan Almaniya ilə əməkdaşlığı genişləndirmək niyyətindədir"

Xələf Xələfov: "Azərbaycan Almaniya ilə əməkdaşlığı genişləndirmək niyyətindədir" Bakı. 4 oktyabr. REPORT.AZ/ Azərbaycanla Almaniya arasında qarşılıqlı anlaşma üçün çox münbit zəmin mövcuddur.
Xarici siyasət
4 Oktyabr , 2018 20:21
Xələf Xələfov: Azərbaycan Almaniya ilə əməkdaşlığı genişləndirmək niyyətindədir
Report

Bakı. 4 oktyabr. REPORT.AZ/ "Azərbaycanla Almaniya arasında qarşılıqlı anlaşma üçün çox münbit zəmin mövcuddur".

“Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Almaniyanın Milli Birlik günü münasibətilə Bakıda keçirilən rəsmi qəbulda bildirib.

“Azərbaycanda əsrlərlə mövcud olan tolerantlıq xalqlarımız və ölkələrimiz arasında dostluq, əməkdaşlıq əlaqələri üçün münbit zəmin yaradıb. Buna bir misal da XIX əsrin əvvəllərində almanların Azərbaycanda məskunlaşmasıdır”, - o deyib. 

Nazir müavini qeyd edib ki, iki ölkə arasındakı münasibətlər bir çox istiqamətdə uğurla inkişaf edir: “Bu da ölkələrimiz arasında etimadın bərqərar olduğunu göstərir. Həmçinin bu yaxınlarda Almaniyanın kansleri Angela Merkelin Azərbaycana səfəri də bu münasibətlərin daha da inkişafına təkan verəcək. Ölkələrimiz həm ikitərəfli formatda, həm də beynəlxalq platformalarda uğurla əməkdaşlıq edir”.

X.Xələfov Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini vurğulayıb: "Azərbaycan Almaniya və onun Avropa İttifaqındakı tərəfdaşlarının Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli üçün əllərindən gələni əsirgəməyəcəyinə ümidvardır".

Son xəbərlər

Orphus sistemi