Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycanda akkreditə olunan diplomatik korpusların rəhbərləri cəbhə bölgəsinə gediblər.
Bu barədə "Report"a
Diplomatlar Ağdam rayonu və Naftalan şəhərində olacaqlar.
Səfər zamanı xarici diplomatların Ağdam rayonunda fəaliyyət göstərən muzey, müəssisə, mərkəzlər, o cümlədən “Ağdam Xalçaçılıq” müəssisəsi, “Qarabağ Atçılıq” kompleksi, “Muğam Mərkəzi”, “Bayraq Muzeyi”, eləcə də “Bənövşələr” qəsəbəsi ilə tanış olması, növbəti gün isə Naftalan şəhərinin turizm potensialı ilə yaxında tanışlığı nəzərdə tutulur.
Səfər fevralın 28-də başa çatacaq.