Xarici işlər nazirinin müavini Xələf Xələfov Polşaya səfər edib

Xarici işlər nazirinin müavini Xələf Xələfov Polşaya səfər edib Nümayəndə heyəti üzvlərinin Polşa Respublikasının müvafiq qurumlarında görüşləri keçirilib
Xarici siyasət
7 İyun , 2017 18:34
Xarici işlər nazirinin müavini Xələf Xələfov Polşaya səfər edib
Report.az

Bakı. 7 iyun. REPORT.AZ/ Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərliyi ilə ölkəmizin iqtisadiyyat, nəqliyyat, energetika, müdafiə, müdafiə sənayesi, kənd təsərrüfatı və dəmir yolu sahələri üzrə səlahiyyətli dövlət qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyəti iyunun 5-6-da Polşa Respublikasında səfərdə olub.

"Report" XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər zamanı X.Xələfovun Polşa Respublikası Prezidenti Administrasiyasının dövlət katibi, Prezident kabinetinin rəhbəri Kşıştof Şçerski və xarici işlər nazirinin müavini Bartoş Çıxotski ilə görüşləri olub. Görüşlərdə ikitərəfli münasibətlərə dair məsələlər müzakirə edilib və qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Eyni zamanda, nümayəndə heyəti üzvlərinin Polşa Respublikasının müvafiq qurumlarında görüşləri keçirilib.

Görüşlərdə Azərbaycan Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov da iştirak edib.

Son xəbərlər

Orphus sistemi