Belarus XİN başçısı: “Qoşulmama Hərəkatının fəaliyyətinə töhfə verməyə hazırıq”

Xarici siyasət
  • 05 iyul, 2023
  • 09:07
Belarus XİN başçısı: “Qoşulmama Hərəkatının fəaliyyətinə töhfə verməyə hazırıq”

“Belarus arzulanan gələcəyə nail olmaq üçün Qoşulmama Hərəkatının fəaliyyətinə töhfə verməyə hazırdır”.

“Report” xəbər verir ki, bunu Belarusun xarici işlər naziri Sergey Aleynik Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər Toplantısında deyib.

Onun sözlərinə görə, Belarusa qarşı məhdudiyyətlər ixraca və istehsala təsir edib: “Bundan başqa, Belarus istehsalı olan müəyyən məhsulların beynəlxalq bazara çıxarılmasının məhdudlaşdırılması BMT-yə üzv ölkələrin kənd təsərrüfatı sahəsinə də təsir göstərib”.

“Qoşulmama Hərəkatının ölkələri eyni prinsipləri bölüşürlər: sülh, çoxtərəflilik, dayanıqlı inkişaf. Dünyada qlobal geosiyasi toqquşmalar baş verən zaman səmimi dialoq yeganə çıxış yoludur”, - Belarus XİN rəhbəri vurğulayıb.

44 filmi