Xarici işlər naziri
Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, E.Məmmədyarov xorvatiyalı həmkarını xarici işlər naziri təyinatı ilə bağlı təbrik edib.
Tərəflər Azərbaycan-Xorvatiya əlaqələrinin cari vəziyyəti, o cümlədən iqtisadiyyat, turizm, enerji, mədəniyyət və humanitar sahədə əməkdaşlığa dair fikir mübadiləsi aparıblar. İki ölkə arasında siyasi dialoqun mövcud səviyyəsindən məmnunluq ifadə olunub.
Ölkələr arasında qarşılıqlı yüksək səviyyəli səfərlərin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb və Elmar Məmmədyarov həmkarını Azərbaycana səfərə dəvət edib.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.