Yuxarı
    Bağlamaq

    "Washington Examiner": ABŞ Ermənistana maliyyə yardımını dayandırmalıdır

    Ermənistanın Rusiya ilə dərinləşən hərbi alyansı NATO üçün birbaşa təhlükə yaradır

    Bakı. 10 may. REPORT.AZ/ Ermənipərəst lobbinin fəaliyyəti ABŞ-ın maraqlarına ziddir.

    "Report" xəbər verir ki, bu barədə İsrailin Begin-Sadat Mərkəzinin və Bar-İlan Universitetinin baş elmi işçisi Aleksandr Murinsonun "Washington Examiner" nəşrində dərc olunan məqaləsində deyilir.

    "Ermənistanın Rusiya ilə dərinləşən hərbi alyansı NATO üçün birbaşa təhlükə yaradır", - müəllif bildirib.

    Onun sözlərinə görə, ABŞ-ın yaxın müttəfiqlərinə - Türkiyə, Azərbaycan və İsrailə birbaşa təhdid olan Rusiyanın istehsalı olan "İsgəndər" raket sistemlərinin Ermənistanda quraşdırılması regionda hərbi balansı dəyişib.

    "Belə addımlar ABŞ Konqresi və prezident Baraka Obama administrasiyası tərəfindən təsdiq edilmiş Ermənistana maliyyə dəstəyinin davam etdirilməsi ilə kəskin uyğunsuzluq yaradır. ABŞ-da Ermənistanın adından əsas lobbiçilik fəaliyyəti ilə erməni kokusu məşğul olur. Bura respublikaçılar Frenk Pallone, Ceki Speyer, Devid Trott və Devid Valadao daxildir" - məqalədə qeyd edilib.

    O, həmçinin əlavə edib ki, Beynəlxalq Hərbi Təhsil və Təlim (IMET) proqramı üzrə 600 min dollar, Xarici Hərbi Maliyyə (EMF) proqramı üzrə isə 1,7 milyon dolları məbləğində maliyyə yardımının ayrılması kontekstində Obama administrasiyası ABŞ üçün strateji əhəmiyyətli Xəzər regionunda Birləşmiş Ştatların tərəfdaşı olan Azərbaycana qarşı "paritet siyasət"in davam etdirilməsini təsdiq edib.

    "Bununla bərabər, USAİD hər il Azərbaycanın suveren ərazisi olan, amma Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağa 2 milyon dollar ayırır", - müəllif qeyd edib.

    "Ermənistan və Rusiya arasında hərbi ittifaqın güclənməsi fonunda onların ehtiyaclarının dəstəklənməsinə davam edilməsi sual altına salınmalı və mühakimə edilməlidir", - A.Murinson yazıb. O bildirib ki, Ermənistan Milli Amerika Komitəsi kimi erməni siyasi təşkilatları Rusiya maraqlarının daşıyıcılarıdır.

    Bu baxımdan, A.Murinson erməni kokusuna töhmət verilməsini və Ermənistana maliyyə yardımının dayandırılmasını məsləhət görür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi