​Vyetnam prezidenti Azərbaycana rəsmi səfərə gəlib

​Vyetnam prezidenti Azərbaycana rəsmi səfərə gəlib Ali qonağı hava limanında Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar
Xarici siyasət
13 May , 2015 19:50
​Vyetnam prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Bakı. 13 may. REPORT.AZ/ Vyetnam Sosialist Respublikasının prezidenti Çıonq Tan Şanq mayın 13-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

"Report"un məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Vyetnam prezidenti Çıonq Tan Şanqı və xanımı May Thi Hanı hava limanında Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Ali qonaq aeroportda Vyetnamın Azərbaycanda fəaliyyət göstərən diasporunun üzvləri tərəfindən coşqu ilə qarşılanıb.

Son xəbərlər

Orphus sistemi