Vüsal Hüseynov: Almatı Prosesinin III Nazirlər Konfransı Azərbaycanın beynəlxalq təşkilatlarda aktiv iştirakının nümunəsidir

Vüsal Hüseynov: Almatı Prosesinin III Nazirlər Konfransı Azərbaycanın beynəlxalq təşkilatlarda aktiv iştirakının nümunəsidir Almatı Prosesinin III Nazirlər Konfransı Azərbaycanın beynəlxalq təşkilatlarda aktiv iştirakının nümunəsidir.
Xarici siyasət
24 aprel 2025 11:17
Vüsal Hüseynov: Almatı Prosesinin III Nazirlər Konfransı Azərbaycanın beynəlxalq təşkilatlarda aktiv iştirakının nümunəsidir

Almatı Prosesinin III Nazirlər Konfransı Azərbaycanın beynəlxalq təşkilatlarda aktiv iştirakının nümunəsidir.

"Report" xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Almatı Prosesinin III Nazirlər Konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün keçiriləcək konfransda üç əsas məsələyə diqqət yönələcək:

"Bu məsələlər Azərbaycanın sədrliyinə və son iki ildə Almatı Prosesinə nəzər yetirmək, prosesə sədrliyin yeni ölkəyə ötürülməsi, təşkilatın növbəti illər üçün prioritetlərini müzakirə etməkdir".

Dövlət Xidmətinin rəisi vurğulayıb ki, daha bir müsbət hal isə Almatı Prosesinin III Nazirlər Konfransında Bakı Bəyannaməsinin qəbul edilməsi olacaq:

"Bu sənəd Azərbaycanın təşəbbüsü ilə hazılanıb və razılaşdırılıb. Bu, növbəti illər üçün fokuslanması lazım olan məqamları müəyyən edir".

Son xəbərlər

Orphus sistemi