Fransa silah satmaqla açıq şəkildə Ermənistana dəstək verir.
"Report" xəbər verir ki, bunu BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Volkan Bozkır “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun l panel müzakirəsində deyib.
O vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında münaqişə danışıqlar nəticəsində həll olunmurdu: "Bu münaqişə 30 il davam etdi. Azərbaycan yalnız hərbi yolla torpaqlarını azad etdi".
O, BMT-nin artıq münaqişələrin həllində rolunun azaldığını qeyd edib:
"BMT təcrid edilmiş bir təşkilata çevrilib. Dünya üçün təlatümlü məsələləri düşünmür. BMT-nin büdcəsi azalıb, NATO-nun büdcəsi artıb. Amerikanın apardığı siyasət yeni müharibələrə sövq edir. Biz ölkələri NATO gücündən ayırmalı və fərdi güclərini üzə çıxarmalıyıq".
V.Bozkır qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi ilə heç nə əldə edilməyəcək, əksinə dünyada müharibələr daha da genişlənəcək.