Vladimir Putin İlham Əliyevə telefonla zəng edib

Vladimir Putin İlham Əliyevə telefonla zəng edib Rusiya prezidenti azərbaycanlı həmkarını ad günü münasibətilə təbrik edib
Xarici siyasət
24 Dekabr , 2017 23:47
Vladimir Putin İlham Əliyevə telefonla zəng edib

Bakı. 24dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

“Report” xəbər verir ki, Vladimir Putin Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi