Vladanka Andreeva: "BMT erkən nikahların minimuma endirilməsi üçün Azərbaycana dəstək verməyə hazırdır"

Vladanka Andreeva: "BMT erkən nikahların minimuma endirilməsi üçün Azərbaycana dəstək verməyə hazırdır" BMT erkən nikahların minimuma endirilməsi üçün Azərbaycana dəstək verməyə hazır olduğunu açıqlayıb.
Xarici siyasət
6 Dekabr , 2023 11:36
Vladanka Andreeva: BMT erkən nikahların minimuma endirilməsi üçün Azərbaycana dəstək verməyə hazırdır

BMT erkən nikahların minimuma endirilməsi üçün Azərbaycana dəstək verməyə hazır olduğunu açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva dekabrın 6-da Bakıda keçirilən "Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda qadınlara qarşı məişət zorakılığı hallarının ən kəskin problemdərdən biri kimi qalması təəssüf doğurur: "Qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması istiqamətində davamlı olaraq işlər görülür. Bu istiqamətdə təşəbbüslər həyata keçirilir. Hökumətdən olan tərəfdaşlarımıza dəstək verərək onların yeni qanunlar və təkliflər planı hazırlamasına dəstək göstərməyə çalışırıq. Erkən nikahların qarşısının alınması və qadınların səlahiyyətləndirilməsi istiqamətində işlər görülür. Problemin minimuma endirilməsi üçün hər cür dəstəyi verməyə hazırıq. İnanıram ki, bununla gələcəkdə daha təhlükəsiz və bərabər cəmiyyət yarada, Azərbaycanda qadınlar və qızlar üçün daha təhlükəsiz bir cəmiyyət formalaşdıra bilərik".

Son xəbərlər

Orphus sistemi