Vitse-spiker: “Gürcüstan bölgədə sülhün təminatında tarixi rol oynayıb”

Vitse-spiker: “Gürcüstan bölgədə sülhün təminatında tarixi rol oynayıb” “Gürcüstanın Azərbaycan və Ermənistanla birgə bölgədə sülh və təhlükəsizliyi təmin etməsinə hazırlığı Qərb tərəfindən layiqincə qiymətləndirilib”.
Xarici siyasət
14 İyun , 2021 12:39
Vitse-spiker: “Gürcüstan bölgədə sülhün təminatında tarixi rol oynayıb”
Arçil Talakvadze

“Gürcüstanın Azərbaycan və Ermənistanla birgə bölgədə sülh və təhlükəsizliyi təmin etməsinə hazırlığı Qərb tərəfindən layiqincə qiymətləndirilib”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədr müavini Arçil Talakvadze deyib.

O bildirib ki, strateji tərəfdaşların Gürcüstanı çətin problemin həllində vasitəçi kimi görməsi vacibdir.

Vitse-spiker qeyd edib ki, Gürcüstan hökuməti İrakli Qaribaşvilinin başçılığı altında regionda əmin-amanlıq və təhlükəsizliyin təminatında tarixi rol oynayıb.

Son xəbərlər

Orphus sistemi